Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarışda 10 komanda mübarizə aparacaq.

"Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" qalib adı uğrunda yarışacaq.

Mayın 21-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı baş tutacaq.

Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında ilk turun iki oyunu keçiriləcək.

Qarşılaşmalar püşkatma əsasında müəyyən ediləcək. Liqanın 1-ci turunun qalan 3 oyunu isə mayın 22-də eyni məkanda baş tutacaq.

Bu gün saat 12:00-da Binə Atçılıq Mərkəzində mətbuat konfransı və püşkatma mərasimi təşkil olunacaq.