"Turnir cədvəlindəki yerimizi qorumağı düşünürük" - Qabrielle

"Turnir cədvəlindəki yerimizi qorumağı düşünürük" - Qabrielle

"Məqsədimiz komanda ruhunda qalmaq, müsbət enerjini davam etdirmək və bir olmaqdır. Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir".

Mediasport.az xəbər verir ki, bunu "Azərreyl"in voleybolçusu Benda Qabrielle "Murov Az Terminal"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan çempionatının XVIII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı amerikalı görüşün çətin və maraqlı alındığını bildirib:

"Rəqibin güclü müqavimət göstərəcəyini bilirdik. Hər bir komanda yoldaşımla qələbə uğrunda apardıqları mübarizədən dolayı qürur duyuram. Hesab edirəm ki, bu gün bu birliyi nümayiş etdirə bildik. İndi bu bütünlük ruhunu davam etdirməyi, növbəti oyunlarda da qalib gəlməyi və turnir cədvəlindəki yerimizi qorumağı düşünürük".

Qeyd edək ki, aktivində 45 xalı olan lider "dəmiryolçular" ən yaxın izləyicisi "Murov Az Terminal"ı 8 xal qabaqlayırlar.