MOİK bu dəfə də xal üzünə həsrət qalıb - Yüksək Liqada 9-cu tur
Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərreyl" - MOİK matçında meydan sahibləri qonaqlara heç bir şans verməyib - 3:0 (25:10, 25:11, 25:22).
"Dəmiryolçular" inamlı qələbə sayəsində xallarını 18-ə çatdıraraq vahid liderliyə yüksəliblər, xalı olmayan "hərbçilər" isə sonuncu sonuncu qalıblar.