Yüksək Liqada 9-cu turun ilk oyununun başlanma vaxtı açıqlanıb

Yüksək Liqada 9-cu turun ilk oyununun başlanma vaxtı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun ilk oyununun vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, tura sabah start götürəcək “Azərreyl” - MOİK dueli ilə start veriləcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, aktivində 15 xal olan “Azərreyl” “Murov Az Terminal”la birlikdə turnir cədvəlində 2-3-cü yerləri bölüşdürürlər, MOİK isə ilk 8 turda xal qazana bilməyən yeganə komandadır.