Azərbaycan çempionatında əsas mərhələnin oyunları yekunlaşdı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.
mediasport.az xəbər verir ki, XII tur qarşılaşmaları çərçivəsində MOİK və "Neftçi" cütünün qalibi tay-brekdə müəyyənləşib.
"Ağ-qaralar" əsas mərhələdəki son görüşünü qələbə ilə başa vurub - 3:2 (25:16, 14:25, 21:25, 25:22,15:11). "Xarı bülbül" və "Murov" kollektivlərinin duelində isə sevinən tərəf Şuşa komandası olub - 3:1 (25:20, 21:25, 27:25, 25:23).
Beləliklə, əsas mərhələnin son turundan sonra "Murov" 32 xalla birinci, 23 xala malik "Xarı bülbül" ikinci, 15 xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncudur.
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Murov" dördüncü yerin sahibi MOİK-lə, ikinci olan "Xarı bülbül" isə üçüncü yeri tutan "Neftçi" komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.
Oyunların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.