XXXIII Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün vaxt qaldı

XXXIII Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün vaxt qaldı

4-illiyin zirvə yarışı sayılan Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalıb.

Mediasport.az xəbər verir ki, Fransanın ev sahibliyi edəcəyi turnir sayca 33-cü olimpiada olacaq.

"Paris-2024"ün olimpiya məşəli dünən Yunanıstanda yandırılıb.

Yarışın açılış mərasimi iyulun 26-da Parisdəki Sena çayında təşkil olunacaq. Olimpiada avqustun 11-dək davam edəcək.

10500 idmançı 17 gün ərzində 32 növdə 329 dəst mükafat uğrunda mübarizə aparacaq.

Azərbaycan tarixində 8-ci dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq.

Ölkəmizin olimpiadalarda start tarixi "Atlanta-1996"dan başlanır.