Yığmamız Madriddə keçiriləcək Avropa çempionatına yollandı

Yığmamız Madriddə keçiriləcək Avropa çempionatına yollandı

Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, ölkəmiz oğlanlar arasında CEV U-18 Avropa çempionatında təmsil olunacaq.

Turnir 23-27 avqust tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək. Komandamız qitə birinciliyində mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Voleybolçularımız İqor Olefirin baş məşqçiliyi ilə yarışacaqlar.