Yığma komandamız ikinci oyunda da "quru hesabla" uduzub
Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Azərbaycanın U-18 millisi 2-ci oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, komandamız ukraynalı həmyaşıdlarına da "quru hesabla" uduzub – 0:3 (7:25, 17:25, 18:25).
Cəlil Baxtiozinin baş məşqçisi olduğu kollektiv dünən eyni hesabla Polşaya məğlub olmuşdu.
Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla qarşılaşacaq. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, analoji yarışda qadınlardan ibarət U-18 millimiz də bütün görüşlərdə "quru hesabla" yenilmişdi.