DÇ-2023: Almaniya və Fransa milliləri finalda - YENİLƏNİB

DÇ-2023:  Almaniya və Fransa milliləri finalda - YENİLƏNİB

İndoneziyada təşkil olunan 17 yaşadək futbolçular arasında dünya çempionatında ilk finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Almaniya millisi yarımfinalda Argentina yığması ilə qarşılaşıb.

Matçın əsas vaxtı 3:3 hesabı ilə heç-heçə başa çatıb və penaltilər seriyasında daha dəqiq olan almanlar 4:2 hesablı qələbə ilə həlledici görüşə vəsiqə qazanıblar.

Dekabrın 2-də baş tutacaq final matçında Almaniyanın rəqibi Fransa - Mali qarşılaşmasının qalibi olacaq.

*************************************************************************

Mali yığmasına 2:1 hesabı ilə qalib gələn Fransa futbolçuları finala vəsiqəni təmin ediblər. "Xoruzlar" ilk hissədə hesabda geri düşsələr də, fasilədən sonra geridönüş edərək qalib gəliblər.