Ölkə kubokunun püşkü atıldı

Ölkə kubokunun püşkü atıldı

Futzal üzrə Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün 1/16 final mərhələsinin püşkü atılıb.

mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində Birinci və İkinci liqa komandalarının rəsmiləri iştirak edib.

Əvvəlcə bir neçə gün əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cütlüklər müəyyənləşib. Fevralın 23-də, 24-də və 26-da keçiriləcək oyunlarda komandalar aşağıdakı şəkildə qarşılaşacaq:

Yüksək Liqa komandaları mübarizəyə növbəti – 1/8 finalda qoşulacaq.


Şamaxı – Xan-Lənkəran

MUM – Zəngilan

Şuşa – Baku Fire-3

STAR kargo – Advokat

ADBTİA – Timsport

U-17 – Metropoliten

Dəstə Ordubad – Dalğa

VİFLY – Flaqman

Baku Fire-2 – Çinar-Zəngilan

Alyans Qrup – Rəvan