Azərbaycan milli komandasının baş məşqçisinin kimliyi dəqiqləşdi - ÖZƏL

Azərbaycan milli komandasının baş məşqçisinin kimliyi dəqiqləşdi - ÖZƏL

Joze Alesio Da Silva futzal üzrə Azərbaycan milli komandasında da çalışmayacaq. "Araz-Naxçıvan" klubu ilə müqaviləsi başa çatan braziliyalı mütəxəssis artıq köməkçisi Cordan Silva ilə birlikdə ölkəsinə qayıdıb.

mediasport.az saytının əldə etdiyi məlumata görə, əsas yığma komandamızı Naxçıvan təmsilçisinə bu gün baş məşqçi təyin edilmiş Vitali Borisov çalışdıracaq.

Millinin keçmiş üzvünün təyinatı AFFA İcraiyyə Komitəsinin bugünlərdə keçiriləcək iclasında rəsmiləşdiriləcək. Artıq tərəflər arasında qeyri-rəsmi görüş olub, əməkdaşlıq razılaşdırılıb. Məşqçinin qarşısına tapşırıq qoyulub və onun da şərtləri qəbul edilib.

Qeyd edək ki, Borisovu qarşıda iki cəbhədə ciddi sınaqlar gözləyir. "Araz-Naxçıvan" Çempionlar Liqasında yarışacaq. Milli komanda isə DÇ-2024-ün Elit raundunda mübarizə aparacaq. Buradakı rəqiblərimiz iyunun 8-də müəyyənləşəcək.