"Oyunçularım müsbət nəticə qazanmaq üçün alışıb-yanırlar”

"Oyunçularım müsbət nəticə qazanmaq üçün alışıb-yanırlar”

"Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik.

Mediasport.az xəbər verir ki, bunu DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis komandada vəziyyətin yaxşı, şansların bərabər olduğunu bildirib: "Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhvali-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Oyunçularda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.

Qazaxıstan - Azərbaycan oyunu saat 18:00-da başlanacaq və "CBC Sport"da canlı yayımlanacaq.