İki qız güləşçimiz dünya çempionatında yarımfinala çıxdı
İordaniyanın paytaxtı Əmman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 4-cü yarış günündə Azərbaycan millisinin son 4 qız güləşçisi mübarizəyə qoşulub.
İki təmsilçimiz yarımfinala yüksələ bilib.
40 kq-da Nəzrin Əhmədli və 61 kq-da Günay Qurbanova adını yarımfinala yazdırıb.
Müvafiq olaraq, kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələn Nəzrinin final yolunda rəqibi ukraynalı Kamila Kuçma olacaq.
Zalina Totrovaya (AİN) 9:4, iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələn Günay final üçün yaponiyalı Sae Noquçi ilə güləşəcək.
5️3️ kq-da Fatimə Bayramova təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) "tuş"la, 6️9️ kq-da Zəhrə Kərimzadə isə 1/8 finalda ukraynalı Oleksandra Ribaka uduzub 0:10 hesabı ilə uduzub.
Xatırladaq ki, qız güləşçilərimizdən Esra Məmmədli (49 kq) bu gün bürünc medal görüşünə çıxacaq.