Hacı Əliyev karyerasını başa vurdu
Sərbəst güləş üzrə 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev (65 kq) karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, Olimpiya Oyunlarının iki dəfə mükafatçısı olmuş pəhləvan sosial şəbəkə hesabında vida paylaşımı edib.
Hacı "Bu da son!" deyə, güləşçi karyerası ilə sağollaşdığını açıqlayıb:
"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni 1/4 finalda dayandıran 33 yaşlı idmançı "Rio-2016"da 3-cü olub (57 kq), "Tokio-2020"də isə ikinci yeri tutub (65 kq).