İngiltərə klubu "Fənərbağça"lı üçün 30 milyon avro ödədi - VİDEO
İngiltərə Premyer Liqası təmsilçisi "Brayton" Türkiyə milli komandası və "Fənərbağça"nın sol cinah müdafiəçisi Ferdi Kadıoğlunu transfer edib.
Mediasport.az xəbər verir ki, "qağayılar" keçid üçün İstanbul nəhənginə 30 milyon avro ödəyib.
Ferdi 2023/24 mövsümündə "Fənərbağça"nın heyətində bütün turnirlər daxil olmaqla, 51 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
Türkiyə yığmasının heyətində AVRO-2024-də 5 matçda forma geyinib.