Afrika Millətlər Kuboku: Qrup mərhələsində 2-ci tur başlayır

Afrika Millətlər Kuboku: Qrup mərhələsində 2-ci tur başlayır

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Mərakeş Tanzaniyanı məğlub edib (3:0), Konqo - Zambiya (1:1) matçında isə tərəflər meydandan hərəyə 1 xalla ayrılıblar.

Bu gün yarışın qrup mərhələsində 2-ci tura A qrupundan 2, B qrupundan 1 oyunla start veriləcək.

Afrika Millətlər Kuboku

A qrupu

18:00 Ekvatorial Qvineya - Qvineya-Bisau

21:00 Fil Dişi Sahili - Nigeriya

B qrupu

00:00 Misir - Qana