Dünya Kuboklarında ən gənc yaşda qol vurmuş 10 oyunçu - SİYAHI
İndiyə qədər keçirilən Dünya çempionatlarında qol vurmuş ən gənc futbolçuların siyahısına daha bir futbolçu əlavə olunub.
mediasport.az xəbər verir ki, İspaniya millisinin Kosta Rikanı 7:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada fərqlənən Qavi mundiallar tarixinə qol vuran ən gənc üçüncü futbolçu kimi dşüüb.
DÇ-lərdə qol vuran ən gənc futbolçular
1.Pele, Braziliya (17 yaş və 239 gün) - Uelsə, 1958-ci il 19 iyun
2.Manuel Rosas, Meksika (18 yaş və 93 gün) - Argentinaya, 1930-cu il 19 iyul
3.Qavi, İspaniya (18 yaş və 110 gün) - Kosta Rikaya, 2022-ci il 23 noyabr
4.Maykl Ouen, İngiltərə (18 yaş və 190 gün) - Rumıniyaya, 1998-ci il 22 iyun
5.Nikolay Kovaş (18 yaş və 197 gün) - Peruya, 1930-cu il 14 iyul
6. Dmitri Sıçyov, Rusiya( 18 yaş və 231 gün) - Belçikaya, 2002-ci il 14 iyun
7.Lionel Messi, Argentina (18 yaş 357 gün) - Serbiya və Monteneqroya, 2006-cı il 16 iyun
8. Culian Qren, ABŞ (19 yaş və 25 gün) - Belçikaya, 2014-cü il 1 iyul
9.Divok Origi, Belçika (19 yaş və 65 gün) - Rusiyaya, 2014-cü il 22 iyun
10.Martin Hoffman, Almaniya ( 19 yaş və 88 gün) - Çiliyə, 1974-cü il 18 iyun