İngiltərə Premyer Liqasını bu komandalar tərk etdilər - RƏSMİ

İngiltərə Premyer Liqasını bu komandalar tərk etdilər - RƏSMİ

Futbol üzrə İngiltərə Premyer Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulub.

mediasport.az xəbər verir ki, çempion bir neçə tur əvvəldən müəyyənləşdiyi üçün bütün diqqətlər liqanı tərk edəcək klublara yönəlmişdi.

"Sauthempton"un birinciliklə vidalaşacağı çoxdan məlum olsa da, daha iki komanda şansını son tura qədər saxlamışdı. Beləliklə, yekun - 38-ci turdan sonra "Lester" və "Lids Yunayted"in də Çempionşipə düşməsi rəsmiləşdi.

Son turu böyükhesablı qələbə ilə başa vuran "Tottenhem" isə avrokuboklara vəsiqə qazana bilmədi. İngiltərəni 2023/2024-cü illər mövsümündə avrokuboklarda çempion "Mançester Siti" başda olmaqla, daha 6 komanda - "Arsenal" (Çempionlar Liqası), "Mançester Yunayted" (Çempionlar Liqası), "Nyukasl" (Çempionlar Liqası), "Liverpul" (Avropa Liqası), "Brayton" (Avropa Liqası) və "Aston Villa" (Konfrans Liqası) təmsil edəcəklər.