İngiltərə yığmasının keçmiş futbolçusu Azərbaycanda oynayacaq

İngiltərə yığmasının keçmiş futbolçusu Azərbaycanda oynayacaq

2023/2024-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir transferi rəsmiləşdirib.

Klubdan "MediaSport"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Portuqaliyanın “Vitoria" (Gimaraeş) komandasına məxsu İsa Süleymanı transfer edib.

Son mövsümü icarə əsasında “Villafrankeze”də keçirmiş 25 yaşlı pakistanlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

İngiltərənin Birmingem şəhərində doğulmuş İsa “Aston Villa”nın akademiyasının yetirməsidir. Böyük Britaniyada “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandda “Emmen” və Portuqaliyada “Nasyonal” klublarında forma geyinib.

O, İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasında çıxış edib.