ÖZƏL! "Turan Tovuz" Portuqaliyadan 2 braziliyalı futbolçu gətirdi - FOTO

ÖZƏL! "Turan Tovuz" Portuqaliyadan 2 braziliyalı futbolçu gətirdi - FOTO

Transfer bazarında aktivlik nümayiş etdirən "Turan Tovuz" heyətini 2 braziliyalı futbolçu ilə gücləndirib.

MediaSport.az saytına daxil olan məlumata görə, Portuqaliyadan gətirilən hər iki oyunçu braziliyalıdır.

Paçu (Luis Enrike Paçu Lira) hücumçudur, Brunao (Bruno Qonçalveş do Prado) isə müdafiəçidir. 27 yaşlı forvard 2021-ci ildən 2-ci Liqa təmsilçisi "Trofense"də çıxış edir. Bu müddətdə 41 oyun keçirib, 7 qol vurub.

Mərkəz müdafiəçisi Brunao isə 2022-ci ildən "Leyşoeş"in formasını geyinir. 21 matçda 3 dəfə fərqlənib.

Hər iki "sambaçı" ilə bütün detallar razılaşdırılıb, Tovuz klubu onlarla sabah rəsmi müqavilə bağlayacaq.

Qeyd edək ki, qərb təmsilçisi indiyədək Aydın Bayramov (“Sumqayıt”), Fərid Nəbiyev ("Viktoriya Jijkov", Çexiya), Sərtan Taşkın ("Zirə"), Martin Detelinov Petkov və Otto Conla güclənib.


Elay