Əzimov Moldovada xala həsrət qalıb
"Dinamo-Auto"nun baş məşqçisi Novruz Əzimov Moldova çempionatının XI turunda "Sfıntul George"yə uduzduqları görüşü şərh edib.
mediasport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis 0:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
"Oyun bərabər səviyyədə keçirdi. Sonra səhv etdik. Futbolda səhv edənlər uduzur. Bu gün bu, bir daha sübuta yetirildi. Nə deyə bilərəm? Yaxşı imkanlarımız vardı, lakin rəqib daha dəqiq oldu. Bununla belə, əlimizdən gələni etməyə çalışdıq".
"Dinamo-Auto" turnir cədvəlində 11 turdan sonra 0 xalla 8 komanda arasında sonuncudur. Əzimov artıq 4 oyundur ki, bu komandanı çalışdırır.