Millimizin üzvü Türkiyə klubuna ilk qələbəni qazandırıb - VİDEO

Millimizin üzvü Türkiyə klubuna ilk qələbəni qazandırıb - VİDEO

Azərbaycan yığmasının futbolçusu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə 1-ci Liqasında 5-ci tur oyununu keçirib.

Mediasport.az xəbər verir ki, İstanbil təmsilçisi doğma meydanda "Adanaspor"u qəbul edib.

Millimizin üzvü 90 dəqiqə meydanda olub və vurduğu vacib qolla komandasına mövsümdə ilk qələbəni qazandırıb.

Müdafiəçi 70-ci dəqiqədə qələbə topunu vurub - 2:1.

"Tuzlaspor" 5 turdan sonra 3 xalla 17-ci sırada qərarlaşıb.