İran millisinin hücumçusu: "Türklər mənim canımdır, sizi sevirəm" - VİDEO
Qətərdə keçirilən Dünya Kubokunda Uels millisi üzərində qələbə qazanaraq qrupdan çıxmaq fürsəti əldə edən İran yığmasının uğurlu çıxışında türk əsilli futbolçuların böyük payı var.
Mundialın final mərhələsinin qrupu çərçivəsində son - ABŞ-la ölüm-dirim savaşına hazırlaşan cənub qonşularımızın heyətində meydana çıxan futbolçulardan Kərim Ənsarifərd ərədəbilli-Azərbaycan türkü, Əli Quluzadə talış türkü, Sərdar Azmun isə iran türkmənlərindən-türkdür.
Uelslə qarşılaşmadan sonra Türkiyənin TRT kanalının Qətərə ezam olunmuş müxbirinə müsahibə verən Əli Quluzadə ilə Sərdar Azmun türklərə olan sevgisini açıq şəkildə bəyan etməklə türk olduğunu bir daha vurğulayıb.
İranın bütün yaş qruplarından ibarət milli komandalarında forma geyinmiş Sərdar voleybolçu ailəsində doğulub. Atası Xəlil Azmun, anası və bacısı İranın voleybol millisinin formasını geyinib. Azmun 2014-cü ildən futbol üzrə əsas yığmanın heyətində çıxış edir. Bu müddətdə o, millilərdə ümumilikdə 102 oyuna 77 qol vurub.
mediasport.az