Ulduzların Səudiyyə Ərəbistanına axını: Zorla gözəllik olar? - SİYAHI
Səudiyyə Ərəbistanı hökuməti, həmçinin ayrı-ayrı ərəb biznesmenlərin ölkə futboluna milyardlarla sərmayə yatırması bu gün dünyanın bütün diqqətlərini yarımadaya yönəldib.
Artıq istənilən dünya ulduzu rahatlıqla Asiya qitəsində oynamağa razılaşır. Təbii ki, ciddi maliyyə şərtləri müqabilində.
Hadisələrin gedişatı bir neçə il öncə Çin futbolunda baş verənləri xatırlatsa da, orada vəziyyət belə deyildi. İndi Ərəbistan öz milyardları ilə dünya futboluna meydan oxuyur.
Hətta dünya futbolunun idarə sistemi - FİFA və UEFA da ərəblərin ağlasığmaz səxavətinin qarşısını ala bilmir. Gözqamaşdıran pulların futbolun bu ölkədə inkişafına yönəldiyi bildirilsə də, reallıq budur ki, zorla gözəllik olmaz.
Ulduzların buraya axını isə davam edir, son olaraq Neymar yarımadanın yolunu tutdu.
mediasport.az hazırda Səudiyyə Ərəbistanda olan ən məşhurların siyahsını təqdim edir:
"Əl-Əhli": Eduard Mendi, Frank Kessye, Riad Mahrez, Roberto Firmino;
"Əl-İttihad": Nqolo Kante, Fabinyo, Kərim Benzema;
"Əl-Nəsr": Kriştianu Ronaldu, David Ospina, Aleks Telyeş, Seko Fofana, Marselo Brozoviç, Taliska, Sadio Mane;
"Əl-Hilal": Malkom, Neymar, Xalidu Kulibali, Sergey Milinkoviç-Saviç;
"Əl-İttifaq": Cordan Henderson, Musa Dembele.