SİYAHI: Karyerası ərzində ən çox məğlubiyyətsiz oyun keçirənlər
Beynəlxalq Futbol Tarixi Statistikaları Federasiyası (İFFHS) karyerası ərzində ən çox məğlubiyyətsiz oyun keçirən futbolçuların siyahısını açıqlayıb.
Mediasport.az xəbər verir ki, cədvəldə azı 800 görüşdə uduzmayan oyunçular yer alıblar.
Əksər reytinqlərdə olduğu kimi, burada da ilk 2 pilləni canlı əfsanələr - Kristiano Ronaldo və Lionel Messi tutur.
Portuqaliya milli komandası və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 39 yaşlı forvardı siyahıda liderdir.
Ən uzun məğlubiyyətsiz seriyaya malik futbolçular
1. Kristiano Ronaldo, Portuqaliya - 1033 oyun
2. Lionel Messi, Argentina - 920
3. Rojerio Seni, Braziliya - 914
4. Canluici Buffon, İtaliya - 887
5. Roberto Karlos, Braziliya - 870
6. Dani Alveş, Braziliya - 869
7. İker Kasilyas, İspaniya - 868
8. Xavi (Çavi), ispaniya - 864
9. Fabio, Braziliya (Deyvson Lopes Maşiel) - 858
10. Rayan Giqqz, Uels - 845
11. Peter Şilton, İngiltərə - 845
12. Paolo Maldini, İtaliya - 836
13. Xavyer Zanetti, Argentina - 832
14. Luka Modriç, Xorvatiya - 831
15. Rey Klemens, İngiltərə - 831
16. Serxio Ramos, İspaniya - 814
17. Raul, İspaniya - 804
18. Joao Moutinyo, Portuqaliya - 800