"Neftçi"nin legionerindən Azərbaycan şəhidlərinə sayğı!
"Neftçi"nin legioneri Yuri Matias həssas hərəkəti ilə diqqət çəkib.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın braziliyalı müdafiəçisi sosial şəbəkə hesabının hekayə bölümündə dünən ermənilərin terror aktı nəticəsində şəhid olmuş Azərbaycan polislərinin şəklini paylaşıb.
Azərbaycanda cəmi 2 aydır çıxış edən 28 yaşlı "sambaçı"nın bu addımı sosial şəbəkədə təqdir edilib.
Qeyd edək ki, Matias iyulun 18-də Rumıniyanın ÇFR klubundan transfer olunub, onunla 2 illik müqavilə bağlanıb.