Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı verildi - FOTOLAR

Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı verildi - FOTOLAR

Sərhədçi İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı verilib.

mediasport.az xəbər verir ki, bu barədə onun yetirməsi, 3 qat dünya, 4 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyev instaqram hesabında paylaşım edib:

“Uzun illərdir Firdovsi Umudovla çiyin-çiyinə çalışırıq. Onun idman sahəsində qazandığı uğurları sadalamaqla bitməz. Dövlət Sərhəd Xidmətinin zabiti kimi Firdovsi müəllimin 44 günlük Vətən müharibəsi zamanı digər əsgər və zabitlər kimi könüllü olaraq cəbhəyə yollanmaq istəyi, komandanlığın verdiyi tapşırıqları yüksək səviyyədə icra etməsi onun vətəninə, dövlətinə olan sevgisini bir daha bariz şəkildə ortaya qoyur. Bu şərəfli yolda Firdovsi müəllimə uğurlar arzulayıram”.

Qeyd edək ki, Umudov uzun illər sərbəst güləş üzrə milli komandalarda böyük məşqçi vəzifəsində də çalışıb.