İraq milli komandası Yaponiyaya qalib gələrək pley-offa yüksəlib
Qətərdə keçirilən Asiya Kubokunda final mərhələsinin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci tur çərçivəsində sensasiya qeydə alınıb.
D qrupunda yer alan İraq milli komandası güclü Yaponiya yığmasına qalib gələrək son turun nəticələrindən asılı olmayaraq, 6 xalla adını pley-off mərhələsinə yazdırıb.
Xesus Kasas Qarsiyanın baş məşqçisi olduğu komanda ilk turda İndoneziyanı 3:1 hesabı ilə məğlub etmişdi.