İspanlar ŞOKda - 19 yaşlı ulduz Avropa çempionatını buraxacaq!

İspanlar ŞOKda - 19 yaşlı ulduz Avropa çempionatını buraxacaq!

İspaniya millisi ciddi itki ilə üz-üzə qalıb.

Mediasport.az xəbər verir ki, AVRO-2024-ün Gürcüstanla oyununda zədə alan Qavinin uzun müddət yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

"Barselona"nın 19 yaşlı ulduzu mövsümü erkən başa vurub. Bu azmış kimi, yayda Almaniyada keçiriləcək Avropa çempionatında da iştirak edə bilməyəcək.

İstedadlı yarımmüdafiəçinin sağ dizinin çarpaz bağları qopub.