Bu gün daha 8 qarşılaşma keçiriləcək - Çempionlar Liqası

Bu gün daha 8 qarşılaşma keçiriləcək - Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci turuna yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, E,D, F və G qruplarında ümumilikdə 8 görüş oynanılacaq.

Turnirin hazırkı qalibi "Mançester Siti" Almaniyada "Leypsiq"in qonağı olacaq, tarixində ilk dəfə ÇL-in qrup mərhələsində iştirak edən "Nyukasl" İngiltərədə iddialı PSJ ilə qarşılaşacaq.

Günün maraqlı oyunlarından biri Dortmundda olacaq - Almaniya nəhəngi "Borussiya" "Milan"ı qəbul edəcək.


UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 2-ci tur


E qrupu

20:45 Atletiko (İspaniya) - Feyenoord (Niderland)

23:00 Seltik (Şotlandiya) - Latsio (İtaliya)

Xal durumu: Feyenoord - 3, Latsio - 1, Atletiko - 1, Seltik - 0.


H qrupu

20:45 Antverpen (Belçika) - Şaxtyor (Ukrayna)

23:00 Portu (Portuqaliya) - Barselona (İspaniya)

Xal durumu: Barselona - 3, Portu - 3, Şaxtyor - 0, Antverpen - 0.


F qrupu

23:00 Nyukasl (İngiltərə) - PSJ (Fransa)

23:00 Borussiya Dortmund (Almaniya) - Milan (İtaliya)

Xal durumu: PSJ - 3, Nyukasl - 1, Milan - 1, Borussiya - 0.


G qrupu

23:00 Leypsiq (Almaniya) - Mançester Siti (İngiltərə)

23:00 Srvena Zvezda (Serbiya) - Yanq Boyz (İsveçrə)

Xal durumu: Leypsiq - 3, Mançester Siti - 3, Srvena Zvezda - 0, Yanq Boyz - 0.