Kike Sançes Flores "Sevilya"nın yeni baş məşqçisi olub - RƏSMİ

Kike Sançes Flores "Sevilya"nın yeni baş məşqçisi olub - RƏSMİ

Uğursuzluq zolağından çıxmağa çalışan İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, La Liqada autsayderlər sırasında qərarlaşmış komandanı Kike Sançes Flores çalışdıracaq.

58 yaşlı ispan mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə bağlanıb.

Son olaraq "Xetafe"də işləmiş Flores istefaya göndərilən Karlos Alonsonu əvəz edib.

"Sevilya" Primeroda geridə qlan 17 turdan sonra 13 xalla 17-ci pillədə qərarlaşıb.