İsrail çempionu ÇL-ə darmadağınla başladı - Gecənin bütün nəticələri
Futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə start verilib.
MediaSport.az xəbər verir ki, ilk oyun günündə 10 matç keçirilib.
Azərbaycan çempionu "Qarabağ" Cəbəllütariq səfərində "Linkoln"dan üstün (2:1) olubsa, Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri - "Rakuv"la (Polşa) "Flora"nın (Estoniya) duelində də birincilər minimal hesablı qələbəyə seviniblər.
Gecənin ən böyük hesabı Maltada qeydə alınıb. İsrail çempionu "Makkabi" (Haifa) "Hamrun"u darmadağın edib - 4:0.
Mərhələnin digər 5 oyunu bu gün baş tutacaq. Cavab qarşılaşmaları iyulun 18-19-na planlaşdırılıb.
UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. İlk oyunlar
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) 0:1
Qol: Matey Seniç, 89.
“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) 1:2
Qollar: Kike Qomes, 25 - Redon Cica, 58. Yassin Benzia, 90+4.
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) 0:0
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) 2:1
Qollar: Mustafa Nukiç, 42. Ruy Pedru, 74 - Meissa Diop, 87.
“Rakuv” (Polşa) - “Flora” (Estoniya) 1:0
Qol: Vladislav Koçergin, 54.
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) 0:4
Qollar: Fratsdi Pyero, 41; 64. Din David, 45+3. Anan Xalaili, 85.
“Ballkani” (Kosovo) - “Ludoqores” (Bolqarıstan) 2:0
Qollar: Meriton Korenitsa, 45+1. Kendrim Ziba, 55.
"Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) 0:1
Qol: Damir Muminoviç, 39.
“Klaksvik” (Farer adaları) - “Ferensvaroş” (Macarıstan) 0:0
“Partizani” (Albaniya) - BATE (Belarus) 1:1
Qollar: Tedi Tsara, 66 - Dmitri Antilevski, 58.