UEFA Çempionlar Liqası: Daha 2 kollektiv bu gecə 1/4 finala çıxacaq

UEFA Çempionlar Liqası: Daha 2 kollektiv bu gecə 1/4 finala çıxacaq

Futbol üzrə UEFA Çempionlar Liqasında daha iki komanda bu axşam 1/4 finala vəsiqə qazanacaq.

Mediasport.az xəbər verir ki, qaliblərin adları Mançester və Madriddə rəsmiləşəcək.

Azarkeşlər "Real"ın oyununu "CBC Sport" kanalından canlı izləyə biləcəklər.

"İctimai" tv isə "Mançester Siti"nin görüşünü yayımlayacaq.

Qeyd edək ki, PSJ və "Bavariya" 1/4 dünən finala vəsiqə əldə ediblər.

1/8 final mərhələsinin digər 4 cavab görüşü martın 12-13-də keçiriləcək.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Espen Eskas (Norveç).

Mançester, “Etihad” stadionu. İlk oyun - 3:1.


00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya)

Baş hakim: Davide Massa (İtaliya).

Madrid, “Santiaqo Bernabeu”. İlk oyun - 1:0.