İstanbul derbisi: Dörd qol vuruldu, qazanan tərəf "Qalatasaray" oldu

  İstanbul derbisi: Dörd qol vuruldu, qazanan tərəf "Qalatasaray" oldu

Dünən Türkiyə Superliqasında 2024/2025 mövsümünün ilk İstanbul derbisi baş tutub.

Mediasport.az xəbər verir ki, əzəli və əbədi rəqiblər - "Fənərbağça" ilə "Qalatasaray"ın qarşılaşmasında 4 qol qeydə alınıb.

Atilla Karaoğlanın baş hakim funksiyasını icra etdiyi oyunda Okan Burukun komandası sevinən tərəf olub.

Hazırda ölkə çempionatının turnir cədvəlində "Qalatasaray" maksimum nəticə ilə (6 oyun, 6 qələbə) liderdir.

"Fənərbağça" 13 xalla ikincidir. "Beşiktaş" və "Başakşəhər" 10 xalla 3-4-cü pillələri bölüşdürürlər.

Türkiyə Superliqası. 6-cı tur

21 sentyabr

"Fənərbağça" - "Qalatasaray" 1:3