"Forbes" jurnalında "Qarabağ"ın COP29 layihəsi işıqlandırıldı
Dünyanın məşhur nəşri “Forbes” jurnalında “Qarabağ” Futbol Klubunun Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində reallaşan Avropa klubları ilə birgə alyansının yaradılması haqda yazı dərc olunub.
Mediasport.az xəbər verir ki, məqalədə Avropanın tanınmış klub rəsmilərinin tədbir çərçivəsində Bakıya gəlişi və alyansla əlaqədar baş tutan görüş barədə məlumat əksini tapıb.
Layihənin əhəmiyyətini izah edən yazıda məşhur klubların Bakıda əsası qoyulmuş ittifaqla iqlim tədbirlərini artırmağı öhdələrinə götürdükləri yer alıb.
Xatırladaq ki, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının təklifi ilə yaradılan alyansa ilk olaraq dünya nəhəngləri - "Liverpul" və "Tottenhem" (hər ikisi İngiltərə), “Atletiko” və "Betis" (hər ikisi İspaniya), "Qalatasaray" və “Fənərbağça” (hər ikisi Türkiyə), "Portu" (Portuqaliya), "Udineze" (İtaliya), “Flamenqu” (Braziliya) və “Malmö” (İsveç) klubları qoşulublar.