"Arsenal"la çətin oyun öncəsi "Mançester Siti"də 2 ciddi itki
"Mançester Siti" İngiltərə Premyer Liqasının 30-cu turunda "Arsenal"la qarşılaşacaq.
Mediasport.az xəbər verir ki, yarışın bitməsinə sona 8 tur qalmış çempionluq yolunda olduqca önəmli hesab edilən matça "şəhərlilər" 2 itki ilə çıxacaqlar.
Müdafiəçilər Kayl Uolker və Con Stounz zədəli olduqları üçün "topçular"la oyunu buraxacaqlar.
Mançester təmsilçisinin çalışdırıcısı Pep Qvardiola da xəbəri təsdiqləyib.
Xatırladaq ki, "Mançester Siti" - "Arsenal" oyunu martın 31-i, saat 19:30-da start götürəcək.