Rahil Məmmədovun komandası ardıcıl 5-ci dəfə uduzub - VİDEO
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı futbolçunun formasını geyindiyi LKS səfərdə “Zaqlebye”yə uduzub - 1:2.
Bu, Lodz təmsilçisinin liqada ardıcıl 5-ci məğlubiyyəti olub.
Rahil sonadək oynayıb.
Hesabında 21 xalı olan komandanın növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyi dəqiqləşib.