Almaniya millisinin sabiq üzvü Dadaşovla komanda yoldaşı oldu
Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" yeni transferini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 1-ci Liqa klubu Almaniya millisinin sabiq üzvü Niko Şultsla 2 illik müqavilə imzalayıb.
Niko karyerası ərzində "Herta", "Borussiya" (Münhenqladbax), "Hoffenhaym", "Borussiya" (Dortmund) klublarında oynayıb.
Şults Bundestimin heyətində 12 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.