"Qarabağ" Şahruddinlə vidalaşıb - Türkiyədə nə qədər qazanacaq?
"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə rəsmən vidalaşıb. Ağdam təmsilçisi sosial şəbəkə hesabında video vasitəsilə vida paylaşımı edərək, ona xidmətlərinə görə təşəkkürünü bildirib.
Azərbaycan milli komandasının qolkiperinin "Adana Dəmirspor"a keçidinin açıqlanması an məsələsidir.
29 yaşlı "çərçivə" qoruyucusu danışıqların nöqtəsini qoymaq üçün üçün yollandığı Türkiyədən geri qayıdaraq millinin düşərgəsinə qoşulub.
Mediasport.az xəbər verir ki, təcrübəli əlcək sahibi Superliqa təmsilçisi ilə bütün detalları razılaşdırıb. O, Adana təmsilçisi ilə 2+1 illik müqavilə bağlayıb.
"Şah" Türkiyə klubunda aylıq 30 min dollar maaş alacaq. Bu, ilk 6 ay üçün belə olacaq. Razılaşmaya əsasən, Məhəmmədəliyevin sonrakı aylarda qazancı 40 min dollar təşkil edəcək.
Qeyd edək ki, milliləşdirilmiş dağıstanlı 2016-cı ildən "atlılar"da forma geyinirdi.