"Karate 1" Liqa yarışı: Aysu Əliyeva Xorvatiyada bürünc medal qazanıb

  "Karate 1" Liqa yarışı: Aysu Əliyeva Xorvatiyada bürünc medal qazanıb

Azərbaycanlı karateçi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate 1" Liqa yarışında iştirak edib.

Mediasport.az xəbər verir ki, o, 21 yaşadək idmançıların mübarizəsində bürünc medala yiyələnib.

Yarışda yığmaya Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.