Millimizin lideri Yaponiyaya gedir

Millimizin lideri Yaponiyaya gedir

Dünya və Avropa çempionu, qadınlardan ibarət karate milli komandamızın lideri İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində start götürəcək Premyer Liqa turnirində iştirak edəcək.

mediasport.az xəbər verir ki, turnir iyunun 9-da başlanacaq. Məlumatı Dünya Karate Federasiyasının rəsmi tviter hesabı paylaşıb.

İdmançımız ötən ay Mərakeşin paytaxtı Rabatda keçirilən Premyer Liqa yarışının qalibi olub.

Yaponiyadakı turnir 3 gün davam edəcək.