Azərbaycan yığmasının lideri 3-cü dəfə dünya çempionu olub

Azərbaycan yığmasının lideri 3-cü dəfə dünya çempionu olub

Azərbaycan karateçisi İrina Zaretska Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, 68 kq-da yarışan qadın milli komandamızın lideri finalda İsveçrə təmsilçisi Yelena Quriçi məğlub edib.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Zaretska 3-cü dəfə dünya çempionu olub.

Ukraynalı legionerimiz 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da bütün rəqiblərindən güclü olub.