İsrail millisi təxirə salınmış AÇ oyunlarını noyabr ayında keçirəcək

İsrail millisi təxirə salınmış AÇ oyunlarını noyabr ayında keçirəcək

FİFA İsrail yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Kosovo və İsveçrə milliləri ilə təxirə salınmış oyunlarının vaxtını açıqlayıb.

Mediasport.az xəbər verir ki, oktyabrın 15-də Fələstinlə müharibəyə görə ertələnmiş Kosovo ilə matç noyabrın 12-də baş tutacaq.

İsrail - İsveçrə qarşılaşması isə noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki,  I qrupunda mübarizə aparan İsrail millisi 6 oyundan sonra 11 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.