Ürəyində problem aşkarlandı, karyerasını 24 yaşında bitirdi
İngiltərə Premyer Liqası klubu "Brayton"un 24 yaşlı yarımmüdafiəçisi Enok Mvepu karyerasını erkən başa vurmaq məcburiyyətində qalıb.
MediaSport.az xəbər verir ki, həkimlər onun futbolla birdəfəlik vidalaşmasını xəstəlik səbəbilə labüd sayıblar.
Zambiyalı futbolçunun ürəyində ciddi problem aşkarlanıb. Sosial şəbəkə hesabında paylaşım edərək həkimlərin qərarı ilə karyerasını bitirdiyini açıqlayıb. Mvepu "Brayton"a 2021-ci ilin yayında "Zalsburq"dan transfer olunub. Premyer Liqa təmsilçisinin heyətində 27 oyun keçirib, 3 qol vurub.