"Şamaxı"dan "Karvan" 6, "Difai Ağsu"dan "İrəvan"a 5 cavabsız qol!

 "Şamaxı"dan "Karvan" 6, "Difai Ağsu"dan "İrəvan"a 5 cavabsız qol!

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.

Çempionluğa iddialı "Şamaxı" və autsayderlər cədvəlindən qurtulmağa çalışan "Difai Ağsu" rəqiblərini meydana çıxmasına peşman ediblər.

"Qaradağ Lökbatan" növbəti qələbə ilə vahid lider olub.

Tura dünən MOİK - "Araz Saatlı" (6:4) dueli ilə start verilib.


Azərbaycan 1-ci Liqası. 17-ci tur


"Qaradağ Lökbatan" - "İmişli" 1:0

"Karvan" - "Şamaxı" 0:6

"Zaqatala" - "Mingəçevir" 1:2

"Difai Ağsu" - "İrəvan" 5:0


Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 11 qol

Elmir Rəhimzadə (MOİK) - 11 qol

Emin Zamanov ("Şamaxı") - 8 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 8 qol

Xəzər Mahmudov ("İmişli") - 7 qol

Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol



1 Qaradağ Lökbatan 17 10 5 2 28-11 35
2 Şamaxı 17 9 6 2 38-14 33
3 MOİK 17 9 5 3 36-18 32
4 İmişli 17 9 5 3 24-10 32
5 Karvan 17 8 3 6 24-23 27
6 İrəvan 17 7 2 8 20-28 23
7 Zaqatala 17 4 7 6 21-24 19
8 Mingəçevir 17 5 3 9 14-24 18
9 Difai Ağsu 17 3 3 11 18-31 12
10 Araz Saatlı 17 1 1 15 13-53 4