AFFA-nın təlimatçısı bölgə klubunun baş məşqçisi təyin edildi

 AFFA-nın təlimatçısı bölgə klubunun baş məşqçisi təyin edildi

Əsgər Abdullayevlə yollarını ayıran “İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Aran təmsilçisini Fərid Namazov çalışdıracaq.

Gənc mütəxəssis “Səbail” və “Qarabağ”da məşqçi olub.

Son olaraq Azərbaycanın U-19 komandasında məşqçilik edib.

Xatırladaq ki, Namazov eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi fəaliyyət göstərir.