MOİK yenidən ikinci pilləyə qayıdıb, "Şamaxı" "İmişli" ilə "sülh" bağlayıb
Azərbaycan 1-ci Liqasında 19-cu turun oyunları başa çatıb.
Mediasport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Zaqatala" doğma azarkeşlər önündə MOİK-ə minimal hesabla uduzub (0:1). Çempionluğa iddialı kollektivlərdən "İmişli" və "Şamaxı" arasında baş tutan görüşdə isə qapılara qol vurulmayıb (0:0).
Turun daha əvvəl keçirilən matçlarında "Karvan" "Difai Ağsu" (0:0) ilə qolsuz bərabərə qalıb, "Qaradağ Lökbatan" "İrəvan"ı (3:0), "Araz Saatlı" isə "Mingəçevir"i (4:0) darmadağın edib.
Azərbaycan 1-ci Liqası. 19-cu tur
29 mart
"Zaqatala" - MOİK 0:1
Zaqatala OİK stadionu
"İmişli" - "Şamaxı" 0:0
H. Əliyev adına İmişli şəhər stadionu
1 | Qaradağ Lökbatan | 19 | 39 |
2 | MOİK | 19 | 38 |
3 | İmişli | 19 | 36 |
4 | Şamaxı | 19 | 35 |
5 | Karvan | 19 | 28 |
6 | İrəvan | 19 | 23 |
7 | Zaqatala | 19 | 22 |
8 | Mingəçevir | 19 | 21 |
9 | Difai Ağsu | 19 | 13 |
10 | Araz Saatlı | 19 | 7 |