"Kəpəz"də yeni qapıçı - RƏSMİ

"Kəpəz"də yeni qapıçı - RƏSMİ

"Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, portuqaliyalı İqor Rodriges "sarı-göylər"in formasını geyinəcək.

28 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Son klubu ölkəsində “Feyrense” olub.

O, “Çaveş”, “Eştoril” və “Sportinq" (Kovilya) klublarında oynayıb.