Konfrans Liqasında 2-cu raund: İlk tura 40 matçla yekun vurulub

Konfrans Liqasında 2-cu raund: İlk tura 40 matçla yekun vurulub

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, 3-cü oyun günündə 40 qarşılaşma keçirilib.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" klubu islandiya səfərində minimal hesablı qələbə qazanıb, müdafiəçimiz 79-cu dəqiqədə əvəzlənib.

"Dnepr-1" - "Puşkaş Akademiya" oyunu Ukrayna klubunun maliyyə böhranı səbəbindən baş tutmayıb və UEFA Macarıstan təmsilçisinə 0:3 hesablı texniki qələbə verib.

Cavab duelləri iyulun 30-dan avqustun 1-dək keçiriləcək.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


“KuPS” - “Tromsö” 0:1

“İberia” – “Partizani” 2:0

“Meqpayss” - “Kopenhagen” 0:3

“Sumqayıt” – “Fehervar” 1:2

“İlves” – “Austriya” Vyana 2:1

“Mlada Boleslav” – “Transinvest” 2:0

“Noah” – “Slima Uonderers” 7:0

“Milsami” – “Astana” 1:1

“Jalgiris” – “Pafos” 2:1

“Qo Ehed İqls” – “Brann” 0:0

“Omoniya” – “Torpedo” Kutaisi 3:1

“Zirə” – “DAK 1904" 4:0

“Zimbru” – “Ararat” 0:3

“Banik” – “Urartu” 5:1

“Brondbü” – “Llapi” 6:0

“Yurqorden” – “Proqress” 3:0

“Düdelanj” – “Hekken” 2:6

“Sürix” – “Şelburn” 3:0

“Floriana” - “Gimaraynş” 0:1

“Hapoel” Beer Şeva - “Çerno More” 0:0

“Olimpiya” Lyüblyana – “Polessye” 2:0

“Makkabi” Hayfa – “Sabah” 0:3

ÇFR – “Neman” 0:0

MOİK Sofiya – “Buduçnost” 1:0

“Başakşəhər” – “La Fiorita” 6:1

“Gent” – “Vikinqur” 4:1

“Radniçki” – “Mornar” 1:0

“Pakşi” – AEK Larnaka 3:0

“Sankt Qallen” – “Tobol” 4:1

“Osiyek” – “Levadiya” 5:1

“Maribor” – “Universitatya” Krayova 2:0

“Legiya” – “Kaernarfon” 6:0

“Sent Patriks” – “Vadus” 3:1

“Valur” – “Sent Mirren” 0:0

“Sarayevo” – “Spartak” Trnava 0:0

“Vikinqur” – “Eqnatiya” 0:1

“Hayduk” – “Havnar Bolteflaq" Torshavn 2:0

“Zrinski” – “Bravo” 0:1

“Styarnan” – “Payde” 2:1

“Breydablik” – “Drita” 1:2


25 iyul

“Struqa” (Şimali Makedoniya) - “Pünik” (Ermənistan) 2:1

“Riqa” (Latviya) - “Şlensk” (Polşa) 1:0

“Dinamo” (Batumi, Gürcüstan) - “Deçiç” (Monteneqro) 0:2

AEK (Afina, Yunanıstan) - “İnter" (Eskaldes, Andorra) 4:3

“Auda” (Latviya) - “Kliftonvill” (Şimali İrlandiya) 1:2


24 iyul

“Ballkani” (Kosovo) - “Hamrun Spartans” (Malta) 0:0

“Differdanj” (Lüksemburq) - “Ordabası” (Qazaxıstan) 1:0

“Virtus” (San Marino) - “Flora” (Estoniya) 0:0