Avropa Konfrans Liqası: 1/8 finala çıxan ilk komanda məlum olub

Avropa Konfrans Liqası: 1/8 finala çıxan ilk komanda məlum olub

Futbol üzrə Avropa Konfrans Liqasının keçid pley-off mərhələsində cavab oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, lik matç günündə bir qarşılaşma keçirilib.

Ötən həftə doğma meydanda "Gent"ə 1:0 hesabı ilə qalib gələn "Makkabi" (Hayfa) Belçika səfərində heç-heçə edərək adını 1/8 finala yazdıran ilk kollektiv olub.

Digər görüşlər sabah baş tutacaq.


Avropa Konfrans Liqası. Pley-off. Cavab oyunu


"Gent" (Belçika) - "Makkabi" (Hayfa, İsrail) 1:1 (ilk matç - 0:1)

Qollar: Abdulaye Sek, 69 (avtoqol) - Frantzdi Piero, 4.